Təhsil:
- Bakı Dövlət Universiteti, Şərqşünaslıq fakultəsi, Ərəb dili (fərqlənmə diplomu ilə), 1997
- Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Maliyyə-kredit fakultəsi (2-ci ali təhsil), 2011
İş Təcrübəsi:
- 07.2021 - bugünədək: ƏƏSMN-nin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili departamentinin müdiri
- 03.2011 - 15.02.2021: “AtaBank” ASC, “Risklərin idarə edilməsi” departmantinin direktoru
- 09.1997 - 22.02.2011: Azərbaycan Sənaye Bankı (ASB) ASC-də “Valyuta əməliyyatları”, “Kredit/İnvestisiya”, “Plastik Kartlar” departamentlərinin direktoru, İdarə Heyətinin üzvü
Aparılan təlim mövzuları:
- Maliyyə və real sektorlarda risklərin idarə olunması
- Data analitika
- Biznes analitika
- Bank işi
Təqdim edə bildiyiniz məsləhət xidmətləri:
- Risklərin idarə olunması struktur bölməsinin yaradılması
- Müəssisələrdə biznes analitikanın tətbiqi
- Fərdi biznes məsləhət xidmətləri
Xüsusi nailiyyətləriniz:
- Əmək bazarı, məşğulluq sahəsində tədqiqatlar, araşdırmalar
- Monetar, fiskal və proteksionist siyasətlər, onların tətbiqi, iqtisadi inkişaf və böhranlar zamanı əhəmiyyətləri və rolları
- Maliyyə bazarlarının spesifik xüsusiyyətləri, müxtəlif maliyyə alətlərinin maliyyə bazarları və (əmtəə, valyuta) qiymət /kurslarının müəyyənləşməsində rolları
- 1907-2012-ci illər (105 il) ərzində baş vermiş 41 ən böyük qlobal böhranın dərindən araşdırılması
- Şimal və Cənub-Şərqi Asiya ölkələrinin (Çin, Yaponiya, Cənubi Koreya, Tayvan, Honk-Kong, Malayziya, Yeni Zelandiya, İndoneziya, Filippin, Nepal, Laos, Myanmar) iqtisadi inkişaf modellərinin araşdırılması, inkişaf etmiş və etməmiş ölkələrin fərqləri, üstünlükləri və buraxılmış səhvlərinin araşdırılması
- ABŞ və Britaniya monetar siyasətində əsas fərqlər
- İnvestisiya, kommersiya və islam bankçılığı: oxşar və fərqli cəhətləri
- 100-dən çox məqalə
- 100-dən çox veriliş və müsahibələr
- Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi” nominasiyası üzrə (2018, 2019, 2021)
- Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası tərəfindən “Risk peşəkarları şəbəkəsinin formalaşmasında aparıcı roluna görə” nominasiyası üzrə (12.03.2019)
- Azərbaycan Risk Peşəkarları Assosiasiyası tərəfindən 2014-cü ildə “İlin Risk Meneceri” nominasiyasının qalibi
- Ölkədə plastik kartlarda taksit/bonus sisteminin qurulması (Sistemin Türkiyədən gətirilməsi və Milli Kart Prosesinq mərkəzi ilə birlikdə qurulması və tətbiqi) (2006-2009)
Digər:
- Azərbaycan Risk Peşəkarları Assosasiyasının ekspertlər qrupunun rəhbəri
- Fərdi təlimlər (Bank işi, Risklərin idarə olunması, Data Analitika, Biznes Analitika)
- Biznesin qurulması, inkişafı istiqamətində fərdi biznes məsləhət xidmətləri