1. Psixodiaqnostika və Dələduzluq hallarında risklərinin qiymətləndirilməsi
- Potensial şübhəli şəxslərin psixotiplərinin müəyyən edilməsi
- Dələduzluq və fırıldaqçılığa meyilli şəxslərin psixoloji portretlərinin, dəyərlərinin, yalan strategiyalarının və onlarla düzgün ünsiyyət qurmaq metodlarının müəyən edilməsi
- Araşdırma obyektinin cinayət profilinin müəyyən edilməsi
2. Yalan Deteksiyası
- Yalan nədir və bu proses necə baş verir?
- Yalan danışan şəxslərin davranış modelləri və bu davranışların fırıldaqçılıq niyyətləri ilə əlaqələndirilməsi.
- Müxtəlif psixoloji tiplərin yalan danışmağa və dələduzluğa meyillilik səviyyəsinin qiymətləndirilməsi.
- Yalan deteksiyası zamanı psixotiplərin xüsusiyyətlərinin düzgün nəzərə alınması
- Praktik ekspertiza prosesində istifadə olunan yalan deteksiya metodları (müşahidə, müsahibə, bədən dili analizi və s.).
- Fərdi söhbətlər və sənədlərin ekspertizası zamanı dələduzluq və fırıldaqçılıq halları ilə bağlı indikatorların müəyyən edilməsi, dəlil və göstəricilərin təhlili
- Ekspert rəyinin formalaşdırılmasında psixoloji və davranış əsaslı sübutların rolu
3. Stimullar
- Araşdırma və ekspertiza prosesində şəxsin psixoloji reaksiyalarını öyrənmək üçün stimulu müəyyənləşdirmək
- Stimulların formaları (neytral, yoxlayıcı, kontroledici)
- Dələduzluq və fırıldaqçılıq hallarının araşdırılması zamanı stimulların toplanılması
- Şifahi danışıq, təqdim olunan sənədlər və izahatların alınması zamanı stimulların aşkar olunması
- Stimullara reaksiyaların düzgün müəyyən edilməsi və fiksasiyası (prokuror-vəkil metodu)
- Söhbət, intervyu və ya izahatların alınması zamanı şübhəli şəxslərin etirafların əldə edilməsi və düzgün rəsmiləşdirilməsi
4. Keçirilən mövzular üzrə praktiki məşğələlər
- Satış prosesində fırıldaqçılıq və dələduzluq halları, preventiv tədbirlərin görülməsi
- Hadisələrin tənzimlənməsi üzrə biznes proseslərdə baş verən dələduzluq və fırıldaqçılıq halları, nəzarət mexanizmlərinin yaradılması üzrə tədbirlər
- Tibbi sığorta üzrə biznes proseslərdə ehtimal olunan fırıldaqçılıq halları və onların minimuma endirilməsi üzrə preventiv tədbirlər
- Maliyyə, uçot və investisiya sahəsində ehtimal olunan fırıldaqçılıq və onların qarşısının alınması üzrə preventiv tədbirlər
- Alqı-satqı və təchizat proseslərində ehtimal olunan fırıldaqçılıq və mənimsəmə halları, onların qarşısının alınması üzrə qabaqlayıcı tədbirlər
- Digər fırıldaqçılıq halları və onların qarşısının alınması üzrə nəzarət mexanizmləri