ASA Tədris Mərkəzi Azərbaycan Sığortaçılar Assosasiyasının törəmə müəssisəsi olaraq, 2020-ci ilin sentyabr ayında təsis edilmişdir. ASA Tədris Mərkəzinin qarşısında duran tapşırıqlardan ən əsası, sığorta sektoru üçün peşəkar kadrların yetişdirilməsinə töhvə verməklə yerli sığorta bazarının inkişafı prosesində yaxından iştirak etməkdir. Bununla əlaqədar olaraq, yerli sığorta bazarında mövcud peşəkar ekspertlərin və eyni zamanda xarici ekspertlərin xidmətlərindən istifadə edərək müxtəlif təlim proqramlarının hazırlanması prosesi davamlı olaraq həyata keçirilir. Bununla yanaşı, sığorta şirkətləri və digər sahələrdən olan yerli şirkətlər üçün yeni çağırışlara uyğun təlimlərin təşkil edilməsi fəaliyyətimizin ayrılmaz bir hissəsidir. ASA Tədris Mərkəzi hal-hazırda sığorta sektoru üçün ixtisaslaşmış təlimlərin təşkilini həyata keçirən yeganə təlim şirkətidir. Təlimlərin təşkil olunması ilə yanaşı, fəaliyyətimizin əsas hissələrindən biri sığorta sahəsində bazar araşdırmalarının və tədqiqat layihələrinin həyata keçirilməsi, eyni zamanda yerli şirkətlər üçün məsləhət xidmətlərinin verilməsidir. ASA Tədris Mərkəzinin komandası əsasən uzun müddət yerli və xarici bazarlarda fəaliyyət göstərmiş peşəkar təlimçi-ekspertlərdən ibarətdir. Komandamızın sayı durmadan artır və özünə güvənən peşəkar təlimçiləri sıramızda ğörməkdən həmişə məmnunuq.
Təlimçilərimiz sizə kömək etmək üçün buradadır