
“IFRS 17” mövzusunda onlayn təlim
Azərbaycan Respublikasının Mərkəz Bankı tərəfindən sığorta sektorunun Beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi məqsədilə davamlı olaraq müxtəlif islahatlar aparılmaqdadır. Türkiyə Sığorta İnstitutu Vəqfi (TSEV) ilə birgə layihə olaraq, yerli sığorta şirkətlərində çalışan maliyyə, mühasibatlıq, audit, risklərin idarə edilməsi struktur bölmələrinin əməkdaşları üçün ASA Tədris Mərkəzi tərəfindən "IFRS 17” mövzusunda təlim proqramı təşkil olunmuşdur.
Müxtəlif sığorta şirkətlərindən olan mütəxəssislərin iştirakı ilə May ayının 21 və 23 tarixlərində təşkil edilmiş “IFRS 17” mövzusunda onlayn təlim uğurla başa çatmışdır. TSEV təlimçisi Elçin Toygar tərəfindən həyata keçirilən təlim iştirakçılar tərəfindən maraqla qarşılanmışdır və təlim zamanı iştirakçıları maraqlandıran suallar, xüsusilə İFRS-17 standartlarının yerli şirkətlərdə tətbiqi mexanizmləri təlimçi tərəfindən geniş izah olunmuşdur.