ASA və ASA Tədris Mərkəzinin birgə layihəsi çərçivəsində növbəti sığorta təlimi keçirilib
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və ASA Tədris Mərkəzinin birgə maarifləndirmə layihəsi çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində növbəti sığorta təlimi təşkil olunub.
Mərkəzin 70 nəfər tələbəsinin qatıldığı görüşdə təlimçi qismində ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyev çıxış edib. Təlim zamanı tələbələrə sığortanın əsas anlayışları, mövcud sığorta məhsul və xidmətləri, Mərkəzi Bankın sığorta sektorundakı tənzimləyici rolu, eləcə də yerli sığorta bazarının mövcud vəziyyəti barədə geniş məlumat təqdim olunub.
Böyük maraqla qarşılanan seminarın yekununda təlimçi tərəfindən tələbələrin mövzu ətrafında ünvanladıqları suallar ətraflı şəkildə cavablandırılıb.