Sığorta şirkətlərinin əməkdaşları üçün sertifikasiya imtahanına hazırlıq təlimi başa çatıb
12 oktyabr – 16 noyabr tarixlərində ASA Tədris Mərkəzi tərəfindən sığorta şirkətlərinin əməkdaşları üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq “Risklərin idarə edilməsi üzrə sertifikasiya imtahanına hazırlıq” mövzusunda 58 saatlıq təlim proqramı təşkil olunub. Müxtəlif şirkətlərdən 14 nəfərin iştirak etdiyi təlim uğurla başa çatıb və yekunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.
Bütün təlim iştirakçılarına gələcək fəaliyyətlərində və imtahanda uğurlar arzulayırıq!