Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində sığorta mövzusunda növbəti maarifləndirmə təlimi həyata keçirilmişdir.
Azərbaycan Sığortaçılar Assosiasiyası və ASA Tədris Mərkəzinin maarifləndirmə proqramı çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində növbəti sığorta maarifləndirilməsi tədbiri həyata keçirilmişdir.
Tədbirdə mərkəzin 65 nəfər tələbəsi iştirak etmişdir. Təlim ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyev tərəfindən həyata keçirilmişdir. Təlimdə əsasən sığortanın ilkin anlayışları, mövcud sığorta xidmətləri, sığorta sektorunda Mərkəzi Bankın rolu və Azərbaycan sığorta bazarı haqqında ətraflı məlumat verilmişdir. Tələbələr tərəfindən böyük maraqla qarşılanan maarifləndirmə seminarının sonunda iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılmışdır.