"Təlimçilər üçün təlim (ToT)" təlimi
ASA Tədris Mərkəzi tərəfindən "Azərbaycan Sənaye Sığorta" şirkətinin əməkdaşları üçün təşkil olunmuş "Təlimçilər üçün təlim (ToT) ” təliminin növbəti qrupu uğurla başa çatmışdır.
Təlim ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyev tərəfindən təqdim edilmişdir.
Bu proqramın keçirilməsində əsas məqsəd "Azərbaycan Sənaye Sığorta" ASC-nin regionlarda həyata keçirməyi planlaşdırdığı sığorta maarifləndirilməsi layihəsinə dəstək vermək, sığortanın tətbiqinin genişləndirilməsinə töhfə vermək və bu məqsədlə təlim keçmiş iştirakçıları maarifləndirici fəaliyyətə hazırlamaq olmuşdur.