Əsas səhifə // Bloq // ASA Tədris Mərkəzində “SOLVENCY II” Təlimi Uğurla Yekunlaşdı!
21.10.2026

ASA Tədris Mərkəzində “SOLVENCY II” Təlimi Uğurla Yekunlaşdı!

ASA Tədris Mərkəzində “SOLVENCY II” Təlimi Uğurla Yekunlaşdı!

7–8 oktyabr tarixlərində sığorta sahəsinin mütəxəssisləri üçün nəzərdə tutulmuş “SOLVENCY II” mövzusunda 2 günlük interaktiv təlim proqramı baş tutdu. Təlimçi Ceyhun Əliyev tərəfindən keçirilən dərslərdə iştirakçılara dərin nəzəri və praktiki biliklər aşılandı.

Təlimin Əsas Məqsədi:

Sığorta şirkətlərində SOLVENCY II standartlarının tətbiqini Azərbaycan Respublikası Mərkəzi Bankının tələbləri ilə uyğunlaşdırmaq və sahə mütəxəssislərinin peşəkarlıq səviyyəsini daha da yüksəltmək.

Yekun Nəticələr:

• Müxtəlif sığorta şirkətlərini təmsil edən 13 nəfər əməkdaş təlimdə fəal iştirak etdi.

• Proqram real keyslər, praktiki tapşırıqlar və qarşılıqlı müzakirələrlə zəngin keçdi.

• Təlimi uğurla başa vuran bütün iştirakçılara rəsmi sertifikatlar təqdim olundu.