11-ci “Azərbaycan Beynəlxalq Sığorta Forumu” (AIIF-2026) uğurla başa çatdı.
11-ci “Azərbaycan Beynəlxalq Sığorta Forumu” (AIIF-2026) uğurla başa çatdı.
Azərbaycan Respublikasının Mərkəzi Bankının strateji dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən Forum iki gün ərzində sığorta sektorunun aktual mövzularını əhatə edən panel müzakirələri və dəyirmi masa görüşləri ilə yadda qaldı. Tədbirdə 20-dən çox ölkədən sığorta, təkrarsığorta və broker şirkətlərinin rəhbərləri, dövlət rəsmiləri, millət vəkilləri və yerli bazar iştirakçıları iştirak edərək təcrübə mübadiləsi apardılar. 400-ə yaxın iştirakçını bir araya gətirən AIIF-2026 beynəlxalq əməkdaşlığın genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və ölkəmizin sığorta sektorunun inkişafına töhfə verən mühüm platforma kimi növbəti dəfə öz əhəmiyyətini təsdiqlədi.