ASA Tədris Mərkəzindən növbəti korporativ təlim: “Sığortanın əsasları”
ASA Tədris Mərkəzi tərəfindən “A-Qroup Sığorta Şirkəti" ASC əməkdaşları üçün təşkil edilən “Sığortanın əsasları” təliminin növbəti qrupu uğurla başa çatıb.
ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyevin rəhbərliyi ilə baş tutan proqram çərçivəsində iştirakçılar sığortanın əsas prinsipləri və funksiyaları, sığorta məhsulları və sinifləri, risklərin qiymətləndirilməsi, təkrarsığorta və bazar mexanizmləri üzrə zəruri nəzəri və praktiki məlumatlara yiyələndilər.
Siz də bu sahə üzrə növbəti qruplara qatılmaq və ya komandanız üçün korporativ təlim sifariş etmək istəyirsinizsə, bizə müraciət edə bilərsiniz.