
“Telefonda müştəri xidməti” təlimi
27 aprel və 11 may tarixlərində ASA Tədris Mərkəzi tərəfindən "A-Qroup Sığorta" Şirkətinin əməkdaşları üçün tanınmış təlimçi Lətafət Rəhimlinin təqdimatında “Telefonda müştəri xidməti” mövzusu üzrə təlim təşkil olunmuşdur. Bu kimi təlimlərin keçirilməsi şirkətlərdə müştəri məmnunluğunun artırılmasına, eyni zamanda rəqabətli mühitdə şirkətlərin daha çox müştəri yönümlü fəaliyyət göstərməsinə hesablanmışdır. Təlim uğurla həyata keçirilmiş və iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Təlimin sonunda təlim iştirakçılarına müvafiq sertifikatlar təqdim olunmuşdur.
Təlimdə iştirak edən iştirakçıların hər birinə uğurlar arzu edirik!