
Risklərin idarə edilməsi təlimi
12-21 may tarixlərində ASA Tədris Mərkəzi tərəfindən sığorta şirkətlərinin əməkdaşları üçün tanınmış təlimçi Elman Sadıqovun təqdimatında “Risklərin idarə edilməsi” mövzusu üzrə növbəti 32 saatlıq təlim proqramı təşkil olunmuşdur. Bu təlimin keçirilməsində əsas məqsəd sığorta şirkətlərində Mərkəz Bankın tələblərinə uyğun olaraq “Korporativ İdarəetmə standartlarının” daha da təkmilləşdirilməsi və “Risklərin idarə edilməsi” funksiyasının daha da işlək olmasına dəstək verilməsidir. Müxtəlif şirkətlərdən 13 nəfər iştirakçının qatıldığı təlim uğurla həyata keçirilmişdir və təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunmuşdur.
Bütün təlim iştirakçılarına uğurlar arzu edirik!