Əsas səhifə // Bloq // "Bank sığortaçılığı: Bank-sığorta qarşılıqlı əməkdaşlığının əsasları” mövzusunda seminar
02.12.2024

"Bank sığortaçılığı: Bank-sığorta qarşılıqlı əməkdaşlığının əsasları” mövzusunda seminar

Cari ilin 30.11.24 tarixində Azərbaycan Sığortaçılar Assosiasiyası və ASA Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə sığorta şirkətlərinin yuxarı rəhbərliyi üçün növbəti “Bank sığortaçılığı: Bank-sığorta qarşılıqlı əməkdaşlığının əsasları” mövzusunda seminar keçirilmlşdir. Tədbirdə yerli sığorta şirkətlərindən 30-dan yuxarı rəhbərliyini təmsil edən işçilər iştirak etmişdilər. Seminar Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Ziya Əliyevin moderatorluğu ilə baş tutdu. Seminar zamanı bank və sığorta şirkətlərinin innovativ texnologiyaları tətbiq etməklə, birgə partnyorluğunun necə ugurlu olması və eyni zamanda bu sahədə aparıcı modellərin gələcəkdə yerli bazarda tətbiq olunması imkanları müzakirə olundu. Nəzərə alsaq ki, hal-hazırda respublikamızda bank sığortaçılığı ilk addımlarını atır və bu sahədə kifayət qədər ciddi işlər görülməlidir. Bu prizmadan yanaşmada, təşkil olunmuş seminarda müzakirə olunan məsələlər, xüsusilə gələcəkdə bu sahədə sığorta təşkilatları üçün yeni imkanların açılmasına və bu imkanlar hesabına sığorta məhsullarının satışlarının daha da artırılmasına imkan yaradacaqdır. Seminar iştirakçıların böyük marağına səbəb olmuşdur. Bu mövzuda seminarın yerli bankların yuxarı rəhbərləri üçün də təşkil olunması nəzərdə tutulmuşdur.