"Şikayətlərin idarə edilməsi” mövzusu üzrə növbəti təlim
22 fevral və 1 mart tarixlərində ASA Tədris Mərkəzi tərəfindən A-Qroup Sığorta şirkətinin əməkdaşları üçün təlimçi-ekspert Elçin Rəşidovun təqdimatında “Şikayətlərin idarə edilməsi” mövzusu üzrə növbəti təlim təşkil olunmuşdur. Təlim uğurla həyata keçirilmişdir. Təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunmuşdur.
Təlim çərçivəsində 4 modul üzrə əsasən aşağıdakı mövzular müzakirə olunmuşdur: şikayətlərin növləri və onların idarə edilməsi, peşəkar cavablandırma texnikaları, emosional müştəri ilə ünsiyyətin idarə edilməsi, şikayətlərin eskalasiyası və idarə olunması.
Bütün təlim iştirakçılarına uğurlar arzu edirik!
Təlim proqramı ilə ətraflı şəkildə rəsmi internet səhifəmizdən məlumat ala bilərsiniz.