Əsas səhifə // Bloq // ASA Tədris Mərkəzinin növbəti maarifləndirmə təlimi Azərbaycan Universitetində baş tutub
14.05.2024

ASA Tədris Mərkəzinin növbəti maarifləndirmə təlimi Azərbaycan Universitetində baş tutub

ASA Tədris Mərkəzinin sosial məsuliyyət çərçivəsində həyata keçirilən növbəti maarifləndirmə təlimi Azərbaycan Universitetində baş tutmuşdur. Təlimdə adı çəkilən universitetin Turizm ixtisası üzrə təhsil alan 40-a yaxın tələbəsi iştirak etmişdir. Tədbir zamanı sığortanın əsas funksiyaları və fəaliyyət prinsipləri, sığorta qanunvericiliyi əsasında mövcud olan sığorta sinifləri, sığortalı və sığortaçının hüquq və öhdəlikləri barəsində məlumat verilmişdir. Maarifləndirmə təlimitələbələr tərəfindən maraqla qarşılanmışdır. Bu kimi tədbirlərin müxtəlif tədris müəssisələrində davamlı olaraq həyata keçirilməsi ASA Tədris Mərkəzinin fəaliyyət strategiyasının tərkib hissəsi hesab edilir.