Əsas səhifə // Bloq // Azərbaycan Turizm və Menecment Universitetində sığorta mövzusunda maarifləndirmə təlimi
22.12.2025

Azərbaycan Turizm və Menecment Universitetində sığorta mövzusunda maarifləndirmə təlimi

Dekabr ayının 19-da ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyevin iştirakı ilə Azərbaycan Turizm və Menecment Universiteti tələbələri üçün sığorta mövzusunda maarifləndirici təlim təşkil olunmuşdur. Təşkil edilmiş bu təlim Azərbaycan Respublikasının Mərkəzi Bankının sığorta bazarının inkişafı strategiyasına uyğun olaraq həyata keçirilmişdir. Belə tədbirlərin əsas məqsədi sığortanın gənclər arasında tanıdılmasıdır. Təlimdə adıçəkilən universitetin 60-a yaxın tələbəsi iştirak etmişdir.


Tədbir zamanı Azərbaycan Sığortaçılar Assosiasiyası və ASA Tədris Mərkəzinin fəaliyyəti barədə tələbələrə məlumat verilmiş, həmçinin Azərbaycan sığorta bazarının mövcud vəziyyəti və sığorta məhsulları haqqında geniş təqdimat edilmişdir. Daha sonra tələbələri maraqlandıran suallar əsasında müzakirələr davam etdirilmişdir.


Müzakirələrdə aktiv iştirak edən tələbələrə ASA Tədris Mərkəzi tərəfindən hədiyyələr təqdim olunmuşdur.


Maarifləndirici təlim tələbələr tərəfindən böyük maraqla qarşılanmışdır.