
Azərbaycan Turizm və Menecment Universitetində sığorta mövzusunda maarifləndirmə təlimi
ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyevin iştirakı ilə Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri üçün sığorta mövzusunda maarifləndirmə təlimi təşkil olunmuşdur. Təşkil olunmuş təlim ASA Tədris Mərkəzinin sosial məsuliyyət çərçivəsində həyata keçirdiyi tədbirlərdən hesab olunur və əsasən sığortanın gənclər arasında tanınması məqsədi daşıyır. Təlimdə universitetin İqtisadiyyat fakultəsinin, Maliyyə ixtisası üzrə təhsil alan 30-a yaxın tələbəsi iştirak etmişdir. Tədbir zamanı sığortanın əsas funksiyaları və fəaliyyət prinsipləri, sığorta qanunvericiliyi əsasında mövcud olan sığorta sinifləri, sığortalı və sığortaçının hüquq və öhdəlikləri barəsində məlumat verilmişdir. Bu kimi tədbirlərin müxtəlif tədris müəssisələrində davamlı olaraq həyata keçirilməsi ASA Tədris Mərkəzinin fəaliyyət strategiyasının tərkib hissəsi hesab edilir.