
Bakı Avrasiya Kollecində sığorta mövzusunda maarifləndirmə təlimi
ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyevin iştirakı ilə Bakı Avrasiya Kollecinin tələbələri üçün sığorta mövzusunda maarifləndirmə təlimi təşkil olunmuşdur. Təlimdə kollecin 50-yə yaxın tələbəsi iştirak etmişdir. Təşkil olunmuş təlim ASA Tədris Mərkəzinin sosial məsuliyyət çərçivəsində həyata keçirdiyi tədbirlərdən hesab olunur və əsasən sığortanın gənclər arasında tanınması məqsədi daşıyır. Bu kimi tədbirlərin müxtəlif tədris müəssisələrində davamlı olaraq həyata keçirilməsi ASA Tədris Mərkəzinin fəaliyyət strategiyasının tərkib hissəsi hesab edilir.