
"Gənc sığorta mütəxəssisi" təlimi
ASA Tədris Mərkəzi tərəfindən 05 avqust - 04 oktyabr tarixlərində “Gənc sığorta mütəxəssisi” mövzusunda növbəti təlim “Qala Sıgorta” və “Qala Həyat Sığorta” şirkətlərinin əməkdaşları üçün uğurla həyata keçirilmişdir.
Adı çəkilən uzunmüddətli, sertifikasiya təlimi ASA Tədris Mərkəzinin direktoru, Azərbaycan Sığortaçılar Assosiasiyasının eksperti, peşəkar təlimçi Pərviz Quliyevin təqdimatında həyata keçirilmişdir. Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış və təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunmuşdur.
Bütün təlim iştirakçılarına uğurlar arzu edirik!