Əsas səhifə // Bloq // "İnsan resurslarının idarə edilməsi funksiyaları" mövzusunda ödənişsiz onlayn təlim
11.09.2024

"İnsan resurslarının idarə edilməsi funksiyaları" mövzusunda ödənişsiz onlayn təlim

Sentyabr ayının 5-6 və 9-10 tarixlərində ASA Tədris Mərkəzinin sosial məsuliyyət çərçivəsində təşkil etdiyi "İnsan resurslarının idarə edilməsi funksiyaları" mövzusunda ödənişsiz onlayn təlim uğurla başa çatmışdır. ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyev tərəfindən həyata keçirilən kursda müxtəlif təşkilatlardan iki qrup üzrə 48 iştirakçı iştirak etmişdir. Uğurla yekunlaşan təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış və təlimin sonunda iştirakçıların hər birinə sertifikatlar təqdim olunmuşdur. Bu kimi təlimlərin davamlı olaraq keçirilməsi ASA Tədris Mərkəzinin fəaliyyət strategiyasının tərkib hissəsi hesab edilir.