"Liderlik bacarıqları" təlimi
25 oktyabr və 1 noyabr tarixlərində ASA Tədris Mərkəzi tərəfindən "Atəşgah” və "Atəşgah Həyat" sığorta şirkətlərinin əməkdaşları üçün təlimçi-ekspert Elçin Rəşidovun təqdimatında “Liderlik bacarıqları” mövzusu üzrə növbəti təlim təşkil olunmuşdur. Təlim uğurla həyata keçirilmişdir və təlimin sonunda iştirakçılar komanda quruculuğu və nəticə yönümlü idarəetmə üzrə dəyərli biliklər əldə etmişlər. Təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunmuşdur.
Bütün təlim iştirakçılarına uğurlar arzu edirik!