
“Müştəri yönümlü xidmət mədəniyyəti” təlimi
3 və 4 oktyabr tarixlərində ASA Tədris Mərkəzi tərəfindən "Azərbaycan Sənaye Sığorta" şirkətinin əməkdaşları üçün tanınmış təlimçi Lətafət Rəhimlinin təqdimatında “Müştəri yönümlü xidmət mədəniyyəti” mövzusu üzrə növbəti təlim təşkil olunmuşdur. Təlim uğurla həyata keçirilmiş və iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunmuşdur.
Təlimdə iştirak edən iştirakçıların hər birinə uğurlar arzu edirik!