
"Müştəri yönümlü xidmət mədəniyyəti" təlimi
7 və 8 oktyabr tarixlərində ASA Tədris Mərkəzi tərəfindən "Azərbaycan Sənaye Sığorta" şirkətinin əməkdaşları üçün tanınmış təlimçi Lətafət Rəhimlinin təqdimatında “Müştəri yönümlü xidmət mədəniyyəti” mövzusu üzrə növbəti təlim təşkil olunmuşdur. Təlim uğurla həyata keçirilmişdir və təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunmuşdur.
Bütün təlim iştirakçılarına uğurlar arzu edirik!
Təlim proqramı ilə ətraflı şəkildə rəsmi internet səhifəmizdən məlumat ala bilərsiniz.