Əsas səhifə // Bloq // "Nə? Harada? Nə zaman?" Sığortaçılar arasında intellektual yarışma
02.04.2025

"Nə? Harada? Nə zaman?" Sığortaçılar arasında intellektual yarışma

Mart ayının 15-də Azərbaycan Sığortaçılar Assosiasiyası və ASA Tədris Mərkəzinin təşkilatçılığı ilə, eyni zamanda Azərbaycan sığorta bazarının peşəkar iştirakçıları olan sığorta şirkətlərinin dəstəyi nəticəsində sığorta şirkətləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu baş tutmuşdur. Adı çəkilən tədbirdə 14 komanda mükafatlar uğrunda mübarizə aparmışdır. Tədbirin keçirilməsində əsas məqsəd sığorta sənayesində fəaliyyət göstərən şirkətlər arasında mövcud kommunikasiyanın daha da inkişaf etdirilməsinə töhvə verməkdən ibarət olmuşdur.