"Peşəkar Sığortaçı Sertifikasiyası" hazırlıq təliminin PSS 1.1 modulu üzrə növbəti təlim
ASA Tədris Mərkəzi tərəfindən "A-Qroup Sığorta” və "Qala Həyat" Şirkətlərinin mütəxəssisləri üçün nəzərdə tutulmuş "Peşəkar Sığortaçı Sertifikasiyası" hazırlıq təliminin PSS 1.1 modulu üzrə növbəti qrup təlimi uğurla başa çatmışdır.
Adı çəkilən təlim ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyev tərəfindən təqdim edilmişdir.
Bu mövzu üzrə növbəti qruplarda iştirak etmək və ya müəssisəniz üçün korporativ təlim sifariş vermək istəyirsinizsə bizə müraciət edə bilərsiniz.