
"Risklərin İdarə Edilməsi" təlimi
27 sentyabr, 2 və 4 oktyabr tarixlərində ASA Tədris Mərkəzi tərəfindən “PAŞA Sığorta” şirkətinin əməkdaşları üçün tanınmış təlimçi Elman Sadıqovun təqdimatında “Risklərin idarə edilməsi” mövzusu üzrə növbət təlim uğurla həyata keçirilmişdir. Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış və təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunmuşdur.
Göstərilən təlim sığorta şirkətlərində “risklərin idarə edilməsi” funksiyasının yaradılması və bu fəaliyyətin tənzimlənməsi üçün başlanğıc mərhələ hesab olunur. Bundan sonra risklərin idarə edilməsi sahəsində daha qabaqcıl təcrübələrin tətbiq olunması məqsədi ilə digər təlimlərin keçirilməsi də nəzərdə tutulmuşdur.
Təlimdə iştirak edən iştirakçıların hər birinə uğurlar arzu edirik!