
"Sığorta agenti hazırlıq kursları" təlimi
ASA Tədris Mərkəzi tərəfindən 27 sentyabr - 14 oktyabr tarixlərində “Gənc sığorta mütəxəssisi” mövzusunda növbəti təlim “Qala Sıgorta” və “Qala Həyat Sığorta” şirkətlərinin əməkdaşları üçün uğurla həyata keçirilmişdir.
Adı çəkilən uzunmüddətli, sertifikasiya təlimi ASA Tədris Mərkəzinin direktoru, Azərbaycan Sığortaçılar Assosiasiyasının eksperti, peşəkar təlimçi Pərviz Quliyevin təqdimatında həyata keçirilmişdir.
Təlim uğurla həyata keçirilmişdir və təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunmuşdur.
Bütün təlim iştirakçılarına uğurlar arzu edirik!
Təlim proqramı ilə ətraflı şəkildə rəsmi internet səhifəmizdən məlumat ala bilərsiniz.