Əsas səhifə // Bloq // Sığorta Agenti Lisenziya İmtahanına növbəti hazırlıq kursları uğurla başa çatmışdır.
11.09.2024

Sığorta Agenti Lisenziya İmtahanına növbəti hazırlıq kursları uğurla başa çatmışdır.

15 iyul - 23 avqust tarixlərində Azərbaycan Sığortaçılar Assosiasiyası, ASA Tədris Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən Sığorta Agenti Lisenziya İmtahanına növbəti hazırlıq kursları uğurla başa çatmışdır. Şahin İsmayılov və Gültəkin Əmrəliyeva tərəfindən həyata keçirilən kursda iki qrup üzrə 22 müdavim iştirak etmişdir. Hal-hazırda sığorta bazarının inkişafı ilə bağlı olaraq şirkətlər öz strategiyalarına yenidən baxırlar və agent kanalının inkişaf etdirilməsi prioritet hesab olunur. Uğurla yekunlaşan kurs müdavimlər tərəfindən böyük maraqla qarşılanmış və təlimin sonunda müdavimlərin hər birinə ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyev və təlimçilər tərəfindən sertifikatlar təqdim olunmuşdur.