"Sığortaçıda Komplayens” təlimi
22-24 senryabr tarixlərində ASA Tədris Mərkəzi tərəfindən sığorta şirkətlərinin əməkdaşları üçün təlimçi Gülşən Həsənovanın təqdimatında “Sığortaçıda Komplayens” mövzusu üzrə 12 saatlıq təlim proqramı təşkil olunmuşdur. Müxtəlif şirkətlərdən 8 nəfər iştirakçının qatıldığı təlim uğurla həyata keçirilmişdir və təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunmuşdur.
Bütün təlim iştirakçılarına uğurlar arzu edirik!