Sığortaçılar arasında keçirilən şahmat turnirinin final mərhələsi baş tutub
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə sığortaçılar arasında keçirilən şahmat turniri başa çatıb.
Azərbaycan Sığortaçılar Assosiasiyası, ASA Tədris Mərkəzi və “Məmmədyarovlar Şahmat Məktəbi”nin birgə əməkdaşlığı çərçivəsində sığorta şirkətlərinin nümayəndələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat turniri təşkil olunub.
Dostluq və sağlam rəqabət şəraitində keçən turnirdə sığorta sektorunu təmsil edən iştirakçılar öz intellektual bacarıqlarını nümayiş etdiriblər. 9 mərhələdən ibarət olan yarışın yekununda qalib sığortaçılar diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, bu kimi birgə tədbirlərin keçirilməsində əsas məqsəd sığorta sektorunda fəaliyyət göstərən şirkətlər arasında mövcud əməkdaşlıq və kommunikasiyanın daha da gücləndirilməsi, həmçinin qeyri-formal münasibətlərin inkişafına töhfə verməkdir.
Gələcək dövrdə də sektor nümayəndələrinin iştirakı ilə müxtəlif istiqamətlər üzrə maarifləndirici və sosial tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.