“Sığortanın əsasları” təlimi
ASA Tədris Mərkəzi tərəfindən “A-Qroup Sığorta” Şirkətinin əməkdaşları üçün təşkil olunmuş “Sığortanın əsasları” təliminin növbəti qrupu uğurla başa çatmışdır.
Təlim ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyev tərəfindən təqdim edilmişdir.
Təlim iştirakçıları sığorta fəaliyyətinin əsas prinsipləri, sığortanın əsas funksiyaları, sığorta sinifləri, sığorta məhsulları, sığorta risklərinin qiymətləndirilməsi, təkrarsığorta və sığorta bazarının fəaliyyət mexanizmləri barədə ətraflı məlumat əldə etmişlər.