
“SOLVENCY-II” mövzusunda onlayn təlim
Azərbaycan Respublikasının Mərkəz Bankı tərəfindən sığorta sektorunun Beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi məqsədilə davamlı olaraq müxtəlif islahatlar aparılmaqdadır. Türkiyə Sığorta İnstitutu Vəqfi (TSEV) ilə aparılmış danışıqlara uyğun olaraq, yerli sığorta şirkətlərində çalışan maliyyə, mühasibatlıq, audit, risklərin idarə edilməsi struktur bölmələrinin əməkdaşları üçün ASA Tədris Mərkəzi tərəfindən "SOLVENCY-II” mövzusunda təlim proqramı təşkil olunmuşdur.
Aprel ayının 21 və 22 tarixlərində təşkil edilmiş “SOLVENCY-II” mövzusunda onlayn təlim uğurla başa çatmışdır.
TSEV təlimçisi Serhat Yücel tərəfindən həyata keçirilən təlimdə müxtəlif sığorta şirkətlərindən 9 nəfər iştirakçı iştirak etmişdir.
Təlim zamanı iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən geniş izah olunmuş və təlim iştirakçıların böyük marağına səbəb olmuşdur.