Əsas səhifə // Bloq // Telefonda Müştəri Profaylinqi mövzusu üzrə təlim
11.09.2024

Telefonda Müştəri Profaylinqi mövzusu üzrə təlim

23 və 24 Avqust tarixlərində ASA Tədris Mərkəzi tərəfindən “PAŞA Sığorta” şirkətinin Telesatış/birbaşa-satış şöbəsinin 9 əməkdaşı üçün Fuad İsmayılovun təqdimatında “Telefonda müştəri profaylinqi” mövzusu üzrə 16 saatlıq təlim uğurla həyata keçirildi. Təlim zamanı müştərilərin baza davranış xətlərinin və psixoloji portretlərinin tərtib edilməsi, hər müştəri ilə onun dilində danışmaq və ona istəklərini satmaq, müştərilərlə ünsiyyət zamanı yalan deteksiyası, satışda profaylinqin tətbiqi üzrə praktiki məşğələlər, psixoloji profilin tərtib edilmə alqoritmi və s. mövzulara toxunulmuşdur. Hal-hazırda bu kimi texnologiyaların şirkətlər tərəfindən öyrənilməsi şirkətlərin rəqabət mühütündə daha inkişaf etməsi üçün çox faydalıdır. Sığorta şirkətləri tərəfindən bu cür təlimlərə müraciət olunması və texnologiyaların öyrənilməsi onların uzun müddətli strategiyasının əsasını təşkil edir. Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış və təlimin sonunda iştirakçıların hər birinə sertifikatlar təqdim olunmuşdur.