Əsas səhifə // Bloq // Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə sığortaçılar arasında şahmat turniri keçirilib
07.05.2025

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə sığortaçılar arasında şahmat turniri keçirilib

Azərbaycan Sığortaçılar Assosiasiyası, ASA Tədris Mərkəzi və “Məmmədyarovlar Şahmat Məktəbi”nin birgə əməkdaşlığı çərçivəsində sığorta şirkətlərinin nümayəndələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən şahmat turniri keçirilib.

7 mərhələdən ibarət olan turnirin yekununda qalib sığortaçılara diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Bu kimi birgə tədbirlərin keçirilməsinin əsas məqsədi sığorta sektorunda fəaliyyət göstərən şirkətlər arasında mövcud kommunikasiyanın daha da inkişaf etdirilməsinə töhfə verməkdən ibarətdir.